Kral Artur — orta əsr tarixşünaslığına və romanslarına görə V əsrin sonu — VI əsrin əvvəllərində sakson işğalçılarına qarşı Britaniyanın müdafiəsini təşkil etmiş əfsanəvi britaniyalı lider. Arturun hekayəsinin çox hissəsi "folklor və ədəbiyyat ixtirasından" ibarətdir, Arturun tarixən mövcud olub-olmaması şübhəli məsələdir və müasir dövr tarixçiləri üçün müzakirə mənbəyidir[2]. Artur hekayəsi müxtəlif mənbələrdən — "Annales Cambriae"[ing.], "Historia Brittonum"[ing.] və britaniyalı keşiş Qildanın[ing.] yazılarından toplanmışdır. Arturun adı həmçinin "Y Gododdin"[ing.] kimi erkən dövr bədii mənbələrdə çəkilir[3], [4].